» » Ruhani: Tehran neftin qiymətinin sabitləşməsinə yönəlmiş istənilən addımı dəstəkləyir

Ruhani: Tehran neftin qiymətinin sabitləşməsinə yönəlmiş istənilən addımı dəstəkləyir

Ruhani: Tehran neftin qiymətinin sabitləşməsinə yönəlmiş istənilən addımı dəstəkləyir

“Tehran neftin qiymətinin sabitləşməsinə yönəlmiş və hasilat kvotalarının ədalətli bölüşdürülməsinə əsaslanmış istənilən addımı dəstəkləyir”.

Ucarliyiq.biz İRNA agentliyinə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani OPEK-in baş katibi Məhəmməd Barkindo ilə keçirdiyi görüşdə bildirib.

Barkindo, öz növbəsində, İranın OPEK-dəki rolunu yüksək qiymətləndirib və OPEK-ə üzv olan ölkələrin əməkdaşlıq etməsinin vacibliyini qeyd edib. Tərəflər həmçinin neft hasilatının “dondurulması” məsələsini müzakirə ediblər. 

Qeyd edək ki, sentyabrın 26-dan 28-dək Əlcəzairdə XV Beynəlxalq enerji forumunun keçirilməsi nəzərdə tutulub. Forum çərçivəsində neft hasilatının “dondurulması”na dair danışıqların bərpa olunacağı gözlənilir. Xatırladaq ki, bu ilin yazında analoji danışıqlar OPEK daxilindəki fikir ayrılığı səbəbindən uğursuz olub.

ucarliyiq.biz