» » Fransada mühacirlər üçün sədd inşa ediləcək

Fransada mühacirlər üçün sədd inşa ediləcək

Fransada mühacirlər üçün sədd inşa ediləcək

Fransadan Böyük Britaniyaya qanunsuz mühacirlərin keçməsinin qarşısının alınması üçün Fransanın Kale şəhərində britaniyalıların puluna 4 metr hündürlüyündə sədd tikiləcək.

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın DİN-də miqrasiya siyasətinin kuratoru Robert Qudvill məlumat verib. 

“Biz yaxın günlərdə yeni səddin tikintisinə başlamaq niyyətindəyik, - Qudvillin sözlərini “The Daily Telegraph” qəzeti sitat gətirib. – Biz məftillərdən sədd çəkmişdik, indi isə divar tikəcəyik”. 

Səddin qiyməti 2 milyon funt sterlinqdir (təxminən 2,7 milyon dollar). Divar Fransa və Böyük Britaniya arasında limana aparan avtomobil yolunun hər iki tərəfində tikiləcək. 

ucarliyiq.biz