» » İsraildə səhvən fələstinli güllələndi

İsraildə səhvən fələstinli güllələndi

İsraildə səhvən fələstinli güllələndi

Mustafa ən-Namruya atəş açan əsgərlərə qarşı xidməti araşdırma davam edir.

İsrail polisi sentyabrın 5-də asayiş keşikçiləri tərəfindən öldürülmüş fələstinlinin ailəsinə, Mustafa ən-Namranın “səhvən” güllələndiyini söyləyiblər.

Ucarliyiq.biz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qətlə yetirilən şəxsin atası Tala ən-Namr jurnalistlərə İsrail polisinin ona oğlu Mustafanın Şərqi Qüdsdə “Şafat” qaçqınlar düşərgəsində “səhvən” güllələndiyi bildirilib. 

Mustafa ən-Namruya atəş açan əsgərlərə qarşı xidməti araşdırma davam edir. 

HAMAS xəttini dəstəkləyən deputat Əhməd Atvan bununla əlaqədar bildirib ki, Qüdsdə bu qəbildən olan ilk və son hadisə deyil.

“İki il ərzində buna bənzər çox hadisə baş verib. İndiyə qədər İsrail əsgərlərinə qarşı heç bir məhkəmə araşdırması olmayıb. İsrail hökuməti bu qətlləri qanuniləşdirir”, - Atvan bildirib.  

ucarliyiq.biz