» » Cenevrədə “Metsamor” AES müzakirə ediləcək

Cenevrədə “Metsamor” AES müzakirə ediləcək

Cenevrədə “Metsamor” AES müzakirə ediləcək

Bu həftə Cenevrədə “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın həyata keçirilməsinə nəzarət edən komitənin sessiyası keçiriləcək.

Ucarliyiq.biz BMT-nin saytına istinadən xəbər verir ki, komitə üzvləri Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının (AES) tikintisinin ekoloji nəticələri və Azərbaycan qanunvericiliyinin Konvensiyasının müddəalarına nə qədər uyğun olub-olmamasını təhlil edəcək.

Hazırkı sessiyada komitə üzvləri Ukrayna tərəfindən dəniz dibi ilə “Dunay-Qara dəniz” kanalının tikintisi ilə bağlı Ukrayna tərəfindən görülən tədbirlər və “Rovensk” AES-in istismar müddətinin uzadılması ilə bağlı məsələlər də müzakirə ediləcək.

Komitədə Serbiyanın şimal-şərq hissəsində tikməsi planlaşdırlan elektrik stansiyası ilə bağlı məsələnin nəzərdən keçirilməsi də gözlənilir.

N.O
ucarliyiq.biz