» » Ermənistanın baş naziri və XİN rəhbəri istefa verir

Ermənistanın baş naziri və XİN rəhbəri istefa verir

Ermənistanın baş naziri və XİN rəhbəri istefa verir

Ermənistanın baş naziri OvukAbraamyan Nazirlər Kabinetinin üzvləri ilə vida görüşü keçirib.

Ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə İnterfax-a respublikanın hökümət dairələrindəki mənbə məlumat verib.

“Baş nazir nazirlərlə görüşüb vidalaşdı. Ovik Abramyanın istefası barədə sabah elan ediləcək. Yeni baş nazir Karen Karapetyan (Yerevanın sabiq meri) təyin olunacaq”, - agentliyin həmsöhbəti belə deyib.

Onun sözlərinə görə, həmçinin Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın istefası gözlənilir. 

“Çox güman ki, bu vəzifəyə Ermənistan prezidenti aparatının rəhbəri Vigen Sarkisyan təyin ediləcək”, - deyə o bildirib.