» » Ermənistanın baş naziri istefa verdi

Ermənistanın baş naziri istefa verdi

Ermənistanın baş naziri istefa verdi

Ermənistanın baş naziri Ovik Abramyan istefa vermək barədə qərarını bəyan edib.

Ucarliyiq.biz xəbər verir ki, o, bu barədə respublika hökumətinin iclasında bildirib.

“Mən istefa vermək və prezidentə yeni hökuməti qurmağa imkan yaratmaq istəyirəm”, - Abramyan deyib.

Onun sözlərinə görə, hər kəsin müvəffəqiyyətini düşünmək, görülmüş işin əsasında yeni hökumətə şans vermək, eləcə də yeni yanaşmalarla cəmiyyətin konsolidasiya edilməsi lazımdır”.

58 yaşlı Ovik Abramyan 2014-cü ilin aprel ayının 13-dən hökumətin sədri vəzifəsini tutub. O, ölkə prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika partiyası sədrinin müavinidir.