» » Zaxarova Azərbaycana təşəkkür edib

Zaxarova Azərbaycana təşəkkür edib

Zaxarova Azərbaycana təşəkkür edib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan tərəfinin Rusiya paralimpiyaçılarından alınmış lisenziyalardan imtina etməsini şərh edib.

Ucarliyiq.biz xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN rəsmisi bu gün keçirdiyi brifinqdə Azərbaycan tərəfinə bu addımı atdığına görə təşəkkürünü bildirib: 

“Azərbaycanlı həmkarlarımız Rusiya paralimpiyaçılarının üzləşdiyi problemi, onlara olan münasibəti yaxşı anlayırlar. Ona görə də, bizim paralimpiyaçıları dəstəkləyən hər kəsə, şəxsən Azərbaycandan olan həmkarlarımıza təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, İdman Arbitraj Məhkəməsinin çıxardığı qərara əsasən, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınaraq digər ölkələrə paylanılması və Azərbaycana da 3 lisenziyanın təqdim edilməsi Azərbaycan tərəfindən müsbət qarşılanmayıb və lisenziyalar qəbul edilməyib. Azərbaycan tərəfi 3 lisenziyadan rəsmən imtina edib.