» » İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar saxlanılıb

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar saxlanılıb

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar saxlanılıb

Türkiyənin Suriya ilə sərhəd Hatay vilayətində antiterror əməliyyatı zamanı İŞİD-ə qoşulmuş bir qrup Azərbaycan vətəndaşı həbs olunub.

Ucarliyiq.biz Virtualaz.org-a istinadən xəbər verir ki, həmin şəxslər Hatayın Reyhanlı qəsəbəsində yaxalanıblar. 

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə İŞİD-ə mənsub olan 10 Azərbaycan və bir Misir vətəndaşı saxlanıldıqdan sonra müayinə üçün xəstəxanaya aparılıb, daha sonra isə Hatay polisinin təcridxanasına yerləşdirilib.

Onların barəsində hansı tədbirin görüləcəyi daha sonra müəyyənləşdiriləcək.