» » Şimali Koreya nüvə sınağı faktını etiraf etdi

Şimali Koreya nüvə sınağı faktını etiraf etdi

Şimali Koreya nüvə sınağı faktını etiraf etdi

Koreya Xalq Demokratik Respublikası (KXDR) sentyabrın 9-da nüvə sınağı keçirdiyini rəsmən təsdiq etdi.

Ucarliyiq.biz xəbər verir ki, STAK agentliyinin yaydığı məlumata görə, bu barədə Nüvə Silahı İnstitutunun bəyanatında deyilir.

Qeyd edilir ki, sınağın məqsədi ballistik raketlərə quraşdırılacaq standartlaşdırılmış nüvə başlıqlarının tətbiqi haqqında məlumatın alınması idi. 

Raket buraxılışı Koreyanın Əmək Partiyasının MK tərəfindən təsdiqlənmiş strateji nüvə qüvvələrinin yaradılması planının həyata keçirilməsi çərçivəsində yerinə yetirilmişdi. 

Nüvə Silahı İnstitutu KXDR üçün bundan sonra lazımi sayda başlıqların istehsalının mümkün olduğunu bildirib. 

Nüvə sınağı sentyabrın 9-da, Bakı vaxtı ilə saat 04:30-da KXDR yaranmasının 68-ci ildönümü günündə həyata keçirilib.  


ucarliyiq.biz