» » Ukraynanın “Eurovision-2017”-yə sərf edəcəyi məbləğ açıqlandı

Ukraynanın “Eurovision-2017”-yə sərf edəcəyi məbləğ açıqlandı

Ukraynanın “Eurovision-2017”-yə sərf edəcəyi məbləğ açıqlandı

Ukrayna “Eurovision” mahnı müsabiqəsinin keçirilməsinə 1,2 milyard qriven (45 milyon dollar) sərf edəcək. 

Ucarliyiq.biz “Ukraynskie novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin mədəniyyət naziri Yevgeni Nişuk bəyan edib. 

“Kiyev şouya 200 milyon qriven sərf etməyə hazır olduğunu və bunun üçün zəmanət də təqdim edib. Arenanın, landşaftın, bütün lokasiya və infrastrukturun hazırlığına - milyard”, - Nişuk deyib.

Onun sözlərinə görə, Kiyevin təqdim etdiyi ilkin layihəyə müvafiq olaraq beynəlxalq sərgi mərkəzində 12-14 min tamaşaçı yerləşdirmək olar. 

Bundan başqa Dneprin sağ və sol sahili arasında nəqliyyat əlaqəsi çay tramvaylarının yardımı ilə həyata keçiriləcək. Onlar “Eurovision” müsabiqəsindən sonra da fəaliyyət göstərəcək. 

Daha öncə “Eurovision-2017”-nin Kiyevdə keçiriləcəyinə dair məlumat yayılmışdı. 


ucarliyiq.biz