» » Nazarbayev yeni baş nazir təyin etdi

Nazarbayev yeni baş nazir təyin etdi

Nazarbayev yeni baş nazir təyin etdi

Qazaxıstanın baş naziri vəzifəsinə Bakıtjan Saqintayev təyin edilib.

Ucarliyiq.biz İnterfaks-a istinadən xəbər verir ki, bu barədə bu gün ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb. 

“Dövlət başçısının fərmanı ilə B.Saqintayev Qazaxıstan Respublikasının baş naziri vəzifəsinə təyin edilib”, - məlumatda deyilir. 

Məlumata görə, cümə axşamı hökumətin sabiq başçısı Kərim Məsimov Qazaxıstan prezidenti Nursultan Nazarbayevin fərmanı ilə respublikanın Milli Təhlükəsizlik Komitəsinin sədri təyin edilib. 

Baş nazirin müavini B.Saqintayev öz növbəsində müvəqqəti olaraq Qazaxıstanın baş nazirinin səlahiyyətlərini icra edəcək. 

52 yaşlı B.Saqintayev müxtəlif illərdə Qazaxıstanın Təbii inhisarçılığın nizamlanması üzrə dövlət agentliyinin sədri, baş nazirin dəftərxanasının rəhbəri vəzifələrində çalışıb. Həmçinin Pavlodar vilayətinin valisi olub. İqtisadi inkişaf və ticarət, eləcə də Regional inkişaf naziri vəzifəsini tutub. 

2014-cü ilin aprel ayının 7-dən Qazaxıstanın baş nazirinin müavini təyin edilib. 


ucarliyiq.biz