» » Suriyada Türkiyə tankı vuruldu: Ölənlər var

Suriyada Türkiyə tankı vuruldu: Ölənlər var

Suriyada Türkiyə tankı vuruldu: Ölənlər var

Suriyadakı “Fərat qalxanı” əməliyyatı zamanı Türkiyə Silahlı Qüvvələrinin bir tankının vurulduğu ehtimal olunur.

Ucarliyiq.biz-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat verib.

“Azad Suriya Ordusu ilə İŞİD terror qruplaşması arasında baş verən toqquşmalarda tankın vurulması nəticəsində 3 əsgər həlak olub, 1-i yaralanıb”, məlumatda deyilir.

Qeyd edək ki, “Azad Suriya Ordusu” Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə avqustun 24-dən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlayıb.