» » Sudanda avtobuslar qəza törətdi, 27 nəfər öldü

Sudanda avtobuslar qəza törətdi, 27 nəfər öldü

Sudanda avtobuslar qəza törətdi, 27 nəfər öldü

 Sudanda iki sərnişin avtobusun toqquşması nəticəsində 27 nəfər ölüb, 40 nəfərdən çox adam xəsarət alıb. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə "Аs-Sayha" qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin qərbində, paytaxt Xartum şəhəri ilə Əl-Faşer şəhərləri arasındakı magistral yolda baş verib. Hadisəyə səbəb yüksək sürətlə hərəkət edən sərnişin avtobuslarından birinin digər nəqliyyat vasitəsinin yoluna çıxması olub. Nəticədə avtobuslar toqquşub.

Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. 
Həkimlər ölənlərin sayının artacağını istisna etmirlər.  

ucarliyiq.biz