» » Mənbə: “Putin NATOsu”na Ohanyan rəhbərlik edəcək

Mənbə: “Putin NATOsu”na Ohanyan rəhbərlik edəcək

Mənbə: “Putin NATOsu”na Ohanyan rəhbərlik edəcək

Ermənistanın müdafiə naziri Seyran Ohanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi təyin olunacaq.

Ucarliyiq.biz-ın məlumatına görə, bu barədə “İnterfaks” agentliyinə Ermənistan hökumətindəki mənbə bildirib.

“Yaxın vaxtlarda Ohanyan Ermənistanın müdafiə naziri postundan azad olunacaq. O, KTMT-nın baş katibi postunu tutacaq”, - deyə mənbə qeyd edib.

Bundan əvvəl Ermənistan prezidenti Serj Sarkisyan dövlət idarəçiliyində geniş miqyaslı dəyişikliklərin olacağını bildirib.