» » Həcc ziyarətinin planına dəyişiklik ediləcək

Həcc ziyarətinin planına dəyişiklik ediləcək

Həcc ziyarətinin planına dəyişiklik ediləcək

Səudiyyə kralı göstəriş verib.

Məkkədə 700-dən çox zəvvarın ölümü ilə nəticələnən faciədən sonra Səudiyyə Ərəbistanına Həcc ziyarətinin planına dəyişiklik ediləcək.

ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müvafiq göstərişi Səudiyyə kralı Salman ibn Əbdül Əziz Əl Saud verib. 

“Biz müvafiq orqanlara Həcc ziyarətinin planına dəyişiklik edilməsi barədə göstəriş vermişik”, - “Əl Ərəbiyə” telekanalı kralın bəyanatından sitat gətirir. O həmçinin qeyd edib ki, Həcc ziyarətinin keçirilməsi ölkə üçün böyük fəxrdir.

Xatırladaq ki, dünənə səhər saatlarında Məkkə yaxınlığında baş vermiş izdiham nəticəsində 717 nəfər ölüb, 880-dən çox zəvvar xəsarət alıb.