» » Türkiyə Gülənlə bağlı ABŞ-a rəsmi müraciət göndərdi

Türkiyə Gülənlə bağlı ABŞ-a rəsmi müraciət göndərdi

Türkiyə Gülənlə bağlı ABŞ-a rəsmi müraciət göndərdi

Türkiyə ədliyyə nazirliyi Fətullah Gülənin həbsi ilə bağlı ABŞ-a rəsmi müraciət edib.

Ucarliyiq.biz Anadolu agentliyinə istinadən xəbər verir ki, rəsmi Ankara Güləni ölkədə iyulun 15-də baş vermiş uğursuz hərbi çevrilişin başlanmasına birbaşa əmr verməkdə və üsyançılara rəhbərlik etməkdə ittiham edir.

Xatırladaq ki,  Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşü zamanı Fətullah Gülənin ekstradisiyadan əvvəl ABŞ hüquq-mühafizə orqanları tərəfindən həbs olunmasının vacib olduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə ABŞ-a Gülənin ekstradisiyası ilə bağlı iki müraciət göndərib.  

ucarliyiq.biz