» » İsrail yeni hərbi casus peyki buraxıb

İsrail yeni hərbi casus peyki buraxıb

İsrail yeni hərbi casus peyki buraxıb

İsrail hərbi-hava bazalarının birindən orbitə yeni hərbi casus peyki buraxıb. 

Ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu yerli “İkinci kanal” telekanalı bildirib.  

Telekanal Müdafiə Nazirliyinə istinadən “Ofek-11”-in ölkədə bu tipdə indiyədək istehsal olunmuş  ən təkmilləşdirilmiş  peyk olduğunu qeyd edib.

Məlumata görə, peyk ölkənin mərkəzi hissəsində yerləşən “Palmaxim” bazasından kosmosa buraxılıb.

Qeyd edək ki, iki həftə əvvəl ABŞ-da kosmodromda baş vermiş partlayış nəticəsində İsrailə məxsus “Amos-6” peyki tamamilə sıradan çıxıb.