» » Poroşenko Baş prokurorluqda dindiriləcək

Poroşenko Baş prokurorluqda dindiriləcək

Poroşenko Baş prokurorluqda dindiriləcək

Ukraynanın baş prokuroru Yuri Lutsenko bildirib ki, yaxın günlərdə müstəntiqlər tərəfindən ölkə prezidenti Petr Poroşenkonu 2013-2014-cü illərdə Kiyevdə iğtişaşlar işi üzrə dindirəcək. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Rossiya 24” telekanalı məlumat yayıb. 

“Bəli, dindirilmə təxirə salınıb. Bunun yaxın günlərdə olacağını düşünürəm”, - baş prokuror deyib. 

Bununla yanaşı, Lutsenko Poroşenkonun dindiriləcəyi vaxtı dəqiqləşdirməyib. 

Avqustun əvvəlində 2014-cü ilin yanvar-fevral aylarında Maydan fəallarına qarşı cinayətlərin araşdırılması çərçivəsində Ukraynanın Baş prokurorluğuna bir sıra yüksəkvəzifəli siyasətçilərin, o cümlədən də Poroşenkonun çağırıldığına dair məlumat yayılmışdı. 

ucarliyiq.biz