» » Qvardiola: Kataloniya müstəqil dövlət olacaq

Qvardiola: Kataloniya müstəqil dövlət olacaq

Qvardiola: Kataloniya müstəqil dövlət olacaq

“Geriyə yol artıq yoxdur”.

Əvvəl-axırı Kataloniya müstəqil dövlət olacaq. Geriyə yol artıq yoxdur. Bu həm İspaniya, həm də Kataloniya üçün faydalı olacaq.

ucarliyiq.biz xəbər verir ki, bu sözləri “Bavariya”nın baş məşqçisi Xose Qvardiola El Punt Avui-ya müsahibəsində bildirib.

İspaniya höküməti “Barselona”nın sabiq məşqçisinin bu sözlərinə tənqidlə yanaşıb. Ölkənin idman naziri Miqel Kardenal Qvardiolanın bu hərəkətini böyük manipulyasiyada iştirak kimi qymətləndirib. 

“Bilmirəm o, bunu şüurlu şəkildə edib, ya yox, ancaq Kataloniyada baş verən bəzi şeylər vəziyyəti izah edir”. 

Xatırladaq ki, sentyabrın 27, bazar günü, Kataloniyada parlament seçkiləri keçiriləcək. Qvardiolanın adı Kataloniyanın İspaniyadan ayrılmasını istəyən partiyanın seçki siyahısına daxil edilib.