» » Ermənistanda “Şakro Molodoy”un adamlarını qanına qəltan ediblər

Ermənistanda “Şakro Molodoy”un adamlarını qanına qəltan ediblər

Ermənistanda “Şakro Molodoy”un adamlarını qanına qəltan ediblər

Yerevanda “qanuni oğru”lar arasında “razborka” qan tökülməsi ilə bitib.

Ucarliyiq.biz lent.az-a istinadən bildirir ki, “Şakro Molodoy”un adamları Ermənistan paytaxtında vəhşicəsinə döyülüblər. 

Onlardan ikisinin vəziyyəti xüsusilə ağırdır. Onları Ermənistanda yaşayan oğru Jiro Brutyanın adamları döyüblər.

Söhbət ondan gedir ki, “Şakro”ya yaxın olan “qanuni oğru”lar Koba Rustavski, Suro Avetisyan, Andranik Zap Soqoyan və onun bacısı oğlu Artyom Kazaryan yerli “qanuni oğru”larla Ermənistanda təsir dairələrini bölə bilməyiblər. Yerli oğrular “Şakro”nun adamlarından onların işinə qarışmamağı tələb ediblər. Nəticədə isə “razborka” qanla başa çatıb.