» » Türkmənistanda prezidentliyə namizədlikdə yaş həddi ləğv olundu

Türkmənistanda prezidentliyə namizədlikdə yaş həddi ləğv olundu

Türkmənistanda prezidentliyə namizədlikdə yaş həddi ləğv olundu

Türkmənistan parlamentində çərşənbə günü ölkə başçısı seçilmək üçün 70 yaş həddində olan məhdudiyyəti aradan qaldıran dövlətin yeni konstitusiyası yekdilliklə qəbul edilib. 

Ucarliyiq.biz xəbər verir ki, yeni konstitusiyanın qəbul edilməsi üzrə səsvermə Türkmənistanın Ağsaqqallar Şurasının iclasında baş tutub. 

Qanun Prezident Qurbanqulu Berdimühəmmədov tərəfindən iclasda imzalandıqdan sonra qüvvəyə minib. 

“Türkmənistanın yeni konstitusiyasının qəbul edilməsi ölkənin sosial-iqtisadi və mənəvi inkişafının yeni mərhələsini əks etdirir. Yeni konstitusiya beynəlxalq hüquq normalarının əsasında beynəlxalq qanunvericilik təcrübəsi nəzərə alınaraq hazırlanıb”, - prezident deyib. 

2008-ci ilin sentyabr tarixli əvvəlki konstitusiyaya əsasən, Türkmənistan prezidenti ölkə vətəndaşı olan, Türkmənistanda dünyaya gələn, yaşı 40-dan aşağı, 70-dən yuxarı olmayan şəxs seçilə bilərdi. Yeni Əsas qanunda “70-dən yuxarı olmayan”  norması yoxdur. 

ucarliyiq.biz