» » Hindistanda avtomobil dərəyə aşıb: 6 ölü, 11 yaralı

Hindistanda avtomobil dərəyə aşıb: 6 ölü, 11 yaralı

Hindistanda avtomobil dərəyə aşıb: 6 ölü, 11 yaralı

Hindistanın şimalında Uttarakxand ştatında avtomobilin dərəyə aşması nəticəsində ən azı 6 nəfər ölüb, 11 nəfər yaralanıb.

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, bu barədə hadisəni araşdıran ştat polisi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qəza çərşənbə günü Almora şəhəri yaxınlığında qeydə alınıb. Sürücü mobil telefonla danışıb və yolun çətin hissəsində avtomobilə nəzarəti itirib. Nəticədə maşın 300 metr hündürlükdən dərəyə düşüb.

.
ucarliyiq.biz