» » İngiltərə Bankının uçot faiz dərəcəsi ilə bağlı yekun qərarı

İngiltərə Bankının uçot faiz dərəcəsi ilə bağlı yekun qərarı

İngiltərə Bankının uçot faiz dərəcəsi ilə bağlı yekun qərarı

İngiltərə Bankı (“Bank of England”, BoE) bu gün keçirilən iclasda uçot dərəcəsinin rekord 0,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Ucarliyiq.biz “APA-Economics”ə istinadən xəbər verir ki, “BoE” aktivlərin alışı ilə bağlı proqramın (QE) həcmini də dəyişməz saxlayıb.

Hər iki qərar bazar iştirakçılarının gözləntiləri ilə üst-üstə düşüb.

Tənzimləyicinin yaydığı məlumatda deyilir ki, “BoE” rəhbərliyi cari ilin sonunadək uçot dərəcəsini 0%-dək endirilməsini istisna etmir.

U.A
ucarliyiq.biz