» » Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı Rusiya məmurları və şirkətlərinə dair tətbiq edilən sanksiyaların müddətinin uzadıldığını elan edib. Sanksiyalar Aİ-yə girişi və aktivlərin dondurulmasını nəzərdə tutur. 

Ucarliyiq.biz RBK telekanalına istinadən xəbər verir ki, Avropa İttifaqı Şurası Ukraynada baş verən hadisələr ilə 2014-cü ildən etibarən Rusiya məmurları və şirkətlərinə tətbiq edilən sanksiyaların müddətini 6 ay, 2017-ci ilin mart ayına qədər artırıb. 

Məlumatda müvafiq qərar Aİ-nin rəsmi jurnalında sentyabrın 16-da dərc ediləcəyi bildirilib.

“Vəziyyətin qiymətləndirilməsi sanksiyalar rejiminin və məhdudiyyət tədbirlərinin tətbiq edildiyi şəxslərin və təşkilatların siyahısının dəyişdirilməsi üçün əsas vermir”, - məlumatda deyilir. 

Aİ-nin sanksiyaları 146 nəfərə və 37 şəxsə qarşı tətbiq edilir. Sanksiyalar Aİ-yə girişi və aktivlərin dondurulmasını nəzərdə tutur.

Sanksiyalar ilk dəfə 2014-cü ilin martında tətbiq edilib. Son dəfə Aİ sanksiyaların müddətini 2016-cı ilin martında artırıb. 

ucarliyiq.biz