» » Böyük Britaniya Türkiyədəki səfirliyini bağladı

Böyük Britaniya Türkiyədəki səfirliyini bağladı

Böyük Britaniya Türkiyədəki səfirliyini bağladı

Britaniyanın Türkiyədəki səfirliyi təhlükəsizlik tədbirlərinə görə, cümə günündən bağlanılacağına dair məlumat yayıb.   

Ucarliyiq.biz xəbər verir ki, bu barədə səfirliyin “Twitter” səhifəsində dərc edilmiş bəyanatda deyilir. 

Heç bir təfərrüat açıqlanmayıb.   

Türkiyədə yerləşən bir çox xarici nümayəndəliklər kimi Böyük Britaniyanın səfirliyi də sentyabrın 12-dən 15-nə qədər Qurban bayramı münasibəti ilə konsul xidmətləri göstərmirdi. Diplomatik missiya cümə günü açılmalı idi.

Bu ərəfədə Almaniya KİV-i ölkənin Türkiyədəki diplomatik nümayəndəliyinin həftə sonuna qədər bağlı olacağına dair məlumat yaymışdı. Səbəb Almaniya XİN-in hazırlanan terror aktları barədə aldığı siqnallar idi. 


ucarliyiq.biz