» » Mexikoda prezidentin istefası tələb edilir

Mexikoda prezidentin istefası tələb edilir

Mexikoda prezidentin istefası tələb edilir

Ölkə prezidenti Enrike Penya Nyetonun istefası Meksikanın paytaxtında keçirilən etiraz mitinqinin əsas tələbi olub. 

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, Müstəqillik günü ərəfəsində küçələrə minlərlə insan çıxıb, onların sırasında 2014-cü ilin 26 sentyabrında Herrero ştatının İquala şəhərində itkin düşən 43 tələbənin valideynləri və tələbə yoldaşları olub. 

“Cəmiyyət bu prezidentlik müddətində baş verənlərdən yorulub, biz bununla öz nifrətimizi göstəririk”, - “MVSNoticias” radiostansiyası İqualada hücum nəticəsində sağ qalan Ömər Qarsiyanın sözlərindən sitat gətirib. 

Mexiko hakimiyyətinin qiymətləndirməsinə görə, etiraz aksiyasında iştirak edənlərin sayı beş minə yaxın olub. Hüquq-mühafizə orqanlarına qarşıdurmalar haqqında heç bir məlumat daxil olmayıb.  


ucarliyiq.biz