» » Suriyada yaraqlılar yeddi nəfəri güllələyib

Suriyada yaraqlılar yeddi nəfəri güllələyib

Suriyada yaraqlılar yeddi nəfəri güllələyib

Suriyanın şimalındakı Hüms şəhərinin silahlı qruplaşmalar tərəfindən atəşə tutulması zamanı 7 nəfər həlak olub, 14 nəfər yaralanıb.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Suriya hökumət qüvvələrinin zabiti bildirib. 

“Dünən gecə saat 01:10-dan səhər saat 06:00-ya qədər yaşayış məntəqəsi minaatanlardan, atıcı silahlardan və reaktiv sistemlərdən yaylım atəşinə məruz qalıb. Şəhərin Tesnin, Tayr-Maala, Kafer-Nan, Kormos və digər yaşayış məntəqələrinin atəşə tutulması zamanı 7 nəfər həlak olub, 14 nəfər yaralanıb”, - “Rossiya 24” telekanalının birbaşa efirində yayımlanan brifinqdə suriyalı zabit bildirib. 

Suriyanın hökumət qüvvələri cavab atəşi açmayıb. 

“Mənə tabe olan ordu bundan sonra da Suriya rəhbərliyinin atəşkəsə riayətə dair göstərişinə əməl edəcək”, - zabit bildirib. 


ucarliyiq.biz