» » Pakistanda məsciddə partlayış: Ölənlər var – YENİLƏNİB

Pakistanda məsciddə partlayış: Ölənlər var – YENİLƏNİB

Pakistanda məsciddə partlayış: Ölənlər var – YENİLƏNİB

Pakistanda məsciddə terrorçu-kamikadzenin hücumu nəticəsində ölənlərin sayı 16 nəfərə çatdı, 20 nəfərdən çox adam xəsarət alıb. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndələri məlumat yayıb. 

“Terrorçu-kamikadze insanların sıx olduğu məsciddə “Allahu-Əkbər qışqırıb”, daha sonra güclü partlayış baş verib”, - “Reuters” agentliyi Mohmand dairəsinin bələdiyyəsinin nümayəndəsi Navid Əkbərin sözlərindən sitat gətirib. 

Agentliyin digər mənbəsinin sözlərinə görə, yaralananların sayı 24 nəfərə çatıb.  

15:53

Pakistanın məscidlərinin birində cümə namazı zamanı partlayış olub, ən azı 10 nəfər ölüb. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndələri bildirib.

“Reuters” agentliyinin yaydığı məlumata görə, partlayışı terrorçu-kamikadze törədib. 

Hadisənin digər təfərrüatları bildirilmir. 

Partlayışa görə, məsuliyyəti heç bir terrorçu qruplaşma öz üzərinə götürməyib. 

ucarliyiq.biz