» » Türkiyə ordusu daha 2 şəhid verdi

Türkiyə ordusu daha 2 şəhid verdi

Türkiyə ordusu daha 2 şəhid verdi

Doqquz əsgər yaralanıb.

Türkiyənin cənub-şərqində Şirnak vilayətində Kürd Fəhlə partiyasının döyüşçülərinin hücumu zamanı 2 türk əsgəri şəhid olub, daha doqquzu yaralanıb.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

“Separatçı terror təşkilatının mənsubları sentyabrın 24-də gecə 23:00 və 25 sentyabr saat 05:40 radələrində Şırnakın Beytüşşebap rayonuna basqın ediblər. Basqının dəf edilməsi zamanı iki əsgər şəhid olub, doqquzu yaralanıb. Basqının qarşısını almaq üçün PKK terrorçularına qarşı hava hücumu həyata keçirilib, nəticədə 34 terrorçu öldürülüb. Bölgədə əməliyyat davam etdirilir”, - məlumatda deyilir.