» » Bişkekdə MDB Dövlət Başçıları Şurasının toplantısı başlayıb

Bişkekdə MDB Dövlət Başçıları Şurasının toplantısı başlayıb

Bişkekdə MDB Dövlət Başçıları Şurasının toplantısı başlayıb

Qırğızıstanın paytaxtı Bişkekdə MDB Dövlət Başçıları Şurasının toplantısı başlayıb.

Ucarliyiq.biz Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, sammit Ala-Arça dövlət iqamətgahında keçirilir. 

Sammit çərçivəsində dar və geniş tərkibdə iclaslar keçiriləcək. Son iclasın yekunlarına görə, sənədlərin imzalanması mərasimi, daha sonra Qırğızıstan prezidenti Almazbek Atamabayevin adından rəsmi qəbul keçiriləcək.

Planlaşdırılmış mövzular arasında – MDB-nin 25 illiyi ilə əlaqədar dövlət başçılarının bəyanatı, MDB-nin müasir reallıqlara uyğunlaşması, 2017-ci ildə MDB-nin sədrliyinin Rusiyaya keçməsi, Dövlət Başçıları Şurasının növbəti iclasının keçirilməsi məsələləri durur.  

Sammitdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Rusiya və Tacikistan prezidentləri iştirak edir, Moldovanı forumda baş nazir, Türkmənistanı baş nazirin müavini, Özbəkistanı xarici işlər naziri, Ukraynanı ölkənin Qırğızıstandakı səfiri təmsil edir. 

ucarliyiq.biz