» » Obama Rusiya ilə əməkdaşlığın şərtlərini açıqladı

Obama Rusiya ilə əməkdaşlığın şərtlərini açıqladı

Obama Rusiya ilə əməkdaşlığın şərtlərini açıqladı

ABŞ prezidenti Barak Obama Rusiya və Amerika tərəfindən Suriya üzrə qəbul olunan razılaşmadan sonra bölgədə zorakılıq səviyyəsinin aşağı endirilməsinə baxmayaraq, Dəməşqin humanitar yüklərin əhaliyə çatdırılmasına mane olması ilə bağlı dərin təəssüfünü ifadə edib.

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, bu barədə Ağ evin bəyanatında bildirilir.

Obama Milli Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdə qeyd edib ki, ABŞ bölgədə 7 gün ərzində zorakılığın fasiləsiz olaraq azaldılması və humanitar yardımın daimi maneəsiz çatdırılmasına riayət olunmayınca Rusiya ilə sazişin gələcək fəaliyyətini dəstəkləməyəcək.