» » London Aİ-nin vahid ordu yaratmasına mane olacaq

London Aİ-nin vahid ordu yaratmasına mane olacaq

London Aİ-nin vahid ordu yaratmasına mane olacaq

Böyük Britaniya dövlətlərarası birliyin üzvü olduğu müddət ərzində Avropa İttifaqının vahid ordu yaratmasına mane olacaq. 

Ucarliyiq.biz xəbər verir ki, bu bəyanatla Birləşmiş Krallığın müdafiə naziri Maykl Fellon “The Times”a verdiyi müsahibəsində bildirib. 

“Bu olmayacaq. Biz hər zaman NATO-da mövcud olanları təkrarlamağın yersiz olduğunu vurğulamışıq”, - TASS nazirin sözlərindən sitat gətirib. 

Fellonun bəyanatı Bratislavada sentyabrın 16-da Avropa İttifaqının liderlərinin iştirakı ilə keçirilən qeyri-rəsmi sammitdə Fransa və Almaniyanın “hərbi potensialı NATO-ya rəqib olacaq birgə silahlı qüvvələr”in yaradılmasına dair planı təqdim etməsi fonunda səslənib.  

Bu təklif rəsmi olaraq dekabrda təqdim edilməlidir. Onun yekun olaraq 2017-ci ilin iyununda razılaşdırılacağı gözlənilir.  

ucarliyiq.biz