» » Özbəkistanda prezidentliyə üçüncü namizədin adı açıqlandı

Özbəkistanda prezidentliyə üçüncü namizədin adı açıqlandı

Özbəkistanda prezidentliyə üçüncü namizədin adı açıqlandı

“Adolat” (“Ədalət”) sosial-demokrat partiyasının Siyasi şurası tərəfindən Özbəkistan prezidenti postuna partiyanın sədri Nəriman Umarovun namizədliyi irəli sürülüb.

Ucarliyiq.biz xəbər verir ki, partiya bundan sonra namziədinin seçkilərdə iştirak etməsi üçün qeydiyyatdan keçirilməsinə dair xahişlə MSK-ya müraciət edəcək. 

Bu ərəfədə Özbəkistanın Liberal-demokrat partiyasının siyasi şurası tərəfindən hazırda müvəqqəti olaraq ölkə başçısının səlahiyyətlərini yerinə yetirən baş nazir Şavkat Mirziyəyevin, Özbəkistanın “Milliy tiklaniş” (”Milli dirçəliş”) Demokratik partiyasının plenumu tərəfindən isə Parlamentin qanunverici palatasının spikerinin müavini Sərvər Otamuradovun namizədliyi irəli sürülüb.  

Bu namizədliklərin oktyabrın 14-15-də keçiriləcək qurultaylarda təsdqilənmələri planlaşdırılır. 

ucarliyiq.biz