» » Koalisiya Suriya ordusuna hava zərbələri endirib: Çoxlu sayda ölən var - YENİLƏNİB

Koalisiya Suriya ordusuna hava zərbələri endirib: Çoxlu sayda ölən var - YENİLƏNİB

Koalisiya Suriya ordusuna hava zərbələri endirib: Çoxlu sayda ölən var - YENİLƏNİB

İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyaya məxsus aviasiya Suriya ordusuna 4 hava zərbəsi endirib.  

Ucarliyiq.biz-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, zərbələr nəticəsində 62 hərbçi ölüb, 100 nəfəri yaralanıb.

22:30

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın təyyarələri Deyr-əz-Zora yaxınlığında  Suriyanın hökumət ordusunun mövqelərinə hava zərbələri endiriblər.

Ucarliyiq.biz-ın Reuters-ə istinadən verdiyi məlumata görə, bu barədə Suriya ordusunun generalı məlumat verib.

Onun sözlərinə görə, hava zərbələri nəticəsində İŞİD terror qruplaşmasının döyüşçülərinə qarşı savaşa hazırlaşan əsgərlər həlak olublar.

Məsələ ilə bağlı hazırda Amerika tərəfindən rəsmi şərhlər daxil olmayıb.