» » Jak Şirak xəstəxanaya yerləşdirilib

Jak Şirak xəstəxanaya yerləşdirilib

Jak Şirak xəstəxanaya yerləşdirilib

Fransanın sabiq prezidenti Jak Şirak ağciyər infeksiyası ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Ucarliyiq.biz France-Presse agentliyinə istinadən xəbər verir ki, 83 yaşlı sabiq prezident Parisdəki Pite-Salpetrier xəstəxanasına yerləşdirilib.

J. Şirakın bir neçə gün xəstəxanada qalacağı bildirilir. Sabiq prezident ailəsi ilə Mərakeşdən Parisə qayıtdıqdan sonra xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, J. Şirak 1995-2007-ci illərdə, yəni 12 il Fransanın 22-ci prezidenti olub. O, 14 il hakimiyyətdə olmuş F. Mitterandan sonra ən çox prezident vəzifəsini icra etmiş siyasətçidir.

ucarliyiq.biz