» » Xəzərdə beynəlxalq hərbi təlimlər keçiriləcək

Xəzərdə beynəlxalq hərbi təlimlər keçiriləcək

Xəzərdə beynəlxalq hərbi təlimlər keçiriləcək

Beş Xəzəryanı dövlətin iştirakı ilə keçiriləcək “Kaspi-2016” beynəlxalq hərbi təlimlər sentyabrın 20-də start götürəcək. 

Ucarliyiq.biz Rusiya KİV-ə istinadən xəbər verir ki, təlimlər Həştərxan vilayətində və Xəzər dənizi akvatoriyasında keçiriləcək. 

Təlimlərə 600 nəfər və 100 ədəd texnika cəlb ediləcək. Təlim iştirakçıları təbii və texnogen xarakterli FH aradan qaldırılması üzrə müştərək tədbirlər həyata keçirəcəklər. Dənizdə qəzaya uğramış insanların xilas edilməsi, gəmidə yanğın söndürmə və neft dağılmasının aradan qaldırılması üzrə bacarıqlar nümayiş etdiriləcək.

“Risklərin qlobal tendensiyaları və beynəlxalq əməkdaşlığın prioritetləri” Beynəlxalq konfransı sentyabrın 22-də Həştərxanda keçiriləcək.


ucarliyiq.biz