» » Rusiyada 19 yaşlı gənc 9-cu mərtəbədən yıxıldı – VİDEO (+18)

Rusiyada 19 yaşlı gənc 9-cu mərtəbədən yıxıldı – VİDEO (+18)

Rusiyada 19 yaşlı gənc 9-cu mərtəbədən yıxıldı – VİDEO (+18)

Rusiyanın Novıy Urenqoy şəhərində gənc 9 mərtəbəli binanın damından yıxılaraq ölüb.

Ucarliyiq.biz Life.ru saytına istinadən xəbər verir ki, bu, Dağıstandan Novıy Urenqoya işləməyə gəlmiş 19 yaşlı Tamerlan A.-dır.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, gənc yıxılmamışdan öncə yaşayış binasının damında gəzirmiş. Hələlik hadisənin başvermə səbəb məlum deyil və 10 dəqiqəyə yaxın binanın damından asılı qalaraq xilas olmaq üçün çapalasa da, yerə düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, bir neçə nəfər kömək üçün dama çıxsa da, çatana qədər gec olub. Gənc aldığı zədədən elə düşdüyü yerdə də dünyasını dəyişib.

Tanışları onun intihar etmək istədiyini də istisna etmirlər. Onların sözlərinə görə, son vaxtlar 19 yaşlı gəncin sevdiyi qızla bağlı problemi olubmuş.

ucarliyiq.biz