» » Amerikada polislər silahsız afro-amerikalını güllələdilər – VİDEO

Amerikada polislər silahsız afro-amerikalını güllələdilər – VİDEO

Amerikada polislər silahsız afro-amerikalını güllələdilər – VİDEO

ABŞ-ın Talsa şəhərində (Oklahoma ştatı) polis əməkdaşları afro-amerikalını öldürüblər.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə polis araşdırmasına istinadən “NBC News” məlumat yayıb. 

Məlumata görə, 40 yaşlı Terens Kratçer polislərin dispetçerə “onun əməkdaşlıq etmədiyi” barədə məlumat verdikdən sonra güllələnib. Araşdırmanın nəticələrinə görə, Kratçer silahsız olub. 

Yayılan videogörüntülərdə şəxsin əlləri yuxarı halda maşından düşərək polis əməkdaşına yaxınlaşdığı görünür. 

Bu, helikopterin çəkdiyi videoda aydın görünür. 

Şəhər polisinin rəisi Çak Cordanın sözlərinə görə, bu, yolverilməzdir.

“Sizə ədaləti bərqərar edəcəyimizi vəd edirəm”, - o bildirib.