» » Rusiya DİN-in 700-dən çox əməkdaşı işdən azad edilib

Rusiya DİN-in 700-dən çox əməkdaşı işdən azad edilib

Rusiya DİN-in 700-dən çox əməkdaşı işdən azad edilib

Rusiya DİN-in mərkəzi aparatından 761 nəfər ixtisar edilib, nazirin müavinlərindən birinin vəzifəsi ləğv edilib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya prezidentinin fərmanında deyilir.  

“Rusiya daxili işlər nazirinin altı müavinin olmasına icazə verilsin... Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin mərkəzi aparatının ştat sayı 6714 nəfər müəyyənləşdirilsin”, - məlumatda deyilir. 

Bu günə qədər qüvvədə olan normativ akt ilə yeddi nazir müavini və DİN mərkəzi aparatının 7475 nəfər əməkdaşının olmasına icazə var idi. 

Kadr dəyişikliklərinin nə ilə əlaqədar olduğu fərmanda dəqiqləşdirilmir. 

ucarliyiq.biz