» » Məşhur rejissor: "voyenkomat"dan qaçdım, məni maşına soxub apardılar" - VİDEO - FOTO

Məşhur rejissor: "voyenkomat"dan qaçdım, məni maşına soxub apardılar" - VİDEO - FOTO

Məşhur rejissor: "voyenkomat"dan qaçdım, məni maşına soxub apardılar" - VİDEO - FOTO

Tanınmış rejissor Elxan Cəfərov ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olub, eksklüziv açıqlamalar verib.

Ucarliyiq.biz bildirir ki, bir zamanlar aktyor olaraq da fəaliyyət göstərən rejissor bunları söyləyib: "Universitetdə aktyorluq fakültəsinin birinci kursunu bitirib, əsgərliyə getdim. İnanmırdım ki, mən əsgər gedəcəm. Uşaq idim, 17 yaşım var idi. Təxminən 6 ay "voyenkomat"dan qaçmışam. Axırda universitetə gəldilər, məni maşına soxub apardılar. Aktyorluqdan rejissorluğa keçmə səbəbim psixoloji faktorlarla bağlıdır. Mən iştirakçı yox, kənardan modullaşdıran müşahidəçi olmağı daha çox sevirəm".

Rejissorun həyat yoldaşı, aktrisa Gülzar Qurbanova isə həyat yoldaşının aktyorluğunu bəyənmədiyini açıqlayıb: "Özünə deyirəm ki, Elxan, nə yaxşı ki, sən aktyorluğu atmısan. Elxan məni rejissor olaraq qane edir, çünki mən aktrisayam, onun filmlərinə çəkilirəm. Elxanı rejissor kimi qəbul edirəm. Məncə, o, aktyorluğu bacarmır".

Rejissor da həyat yoldaşı ilə həmfikir olduğunu söyləyib: "Tamamilə doğrudur. Mən də özümü aktyor kimi bəyənmirəm".