» » Britaniya ordusunda yeni lazer silahın testlərinə başlanılıb – FOTO + VİDEO

Britaniya ordusunda yeni lazer silahın testlərinə başlanılıb – FOTO + VİDEO

Britaniya ordusunda yeni lazer silahın testlərinə başlanılıb – FOTO + VİDEO

Böyük Britaniya Silahlı Qüvvələri yüksək dəqiqliklə çalışan lazer silahın testlərinə başlayıb.

Ucarliyiq.biz AzeriDefence saytına istinadən xəbər verir ki, silahın hazırlanması prosesində MBDA şirkəti əsas istehsalçı kimi tenderin qalibi olub.

Bir neçə gün əvvəl isə MBDA ilə Böyük Britaniya Müdafiə Nazirliyi arasında silahın istehsalına dair saziş imzalanıb. Sazişin dəyəri 40 milyon ABŞ dollarıdır.

Razılaşmaya əsasən, silah 2019-cu ilin sonuna qədər tam hazır olmalıdır.

Müqavilənin şərtləri, o cümlədən silahın texniki xarakteristikası gizli saxlanılır.

İlkin məlumata görə, silahın gücü 10 kVt gücündə olduğu bildirilir.

Bundan başqa lazer silah pilotsuz uçuş aparatlarını, raketləri, həmçinin zirehli maşınları məhv etmək imkanında olacaq.

Silahın əsas istehsalçısı MBDA şirkəti olsa da, hazırlanma prosesində “Qinetiq”, “Leonardo”, GKN, “BAE Systems”, “Marshall Aerospace and Defence” və “Arke” şirkətləri də iştirak edir.

Britaniya ordusunda yeni lazer silahın testlərinə başlanılıb – FOTO + VİDEO

ucarliyiq.biz