» » Atambayev Türkiyədə ciddi tibbi müayinədən keçəcək

Atambayev Türkiyədə ciddi tibbi müayinədən keçəcək

Atambayev Türkiyədə ciddi tibbi müayinədən keçəcək

Qırğızıstan prezidenti Almazbəy Atambayev Türkiyənin İzmir şəhərində Çeşmə rayonunda reabilitasiya keçir.

Ucarliyiq.biz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, döş qəfəsindəki ağrılardan şikayət edən Atambayev sentyabrın sonuna qədər Türkiyədə ciddi tibbi müayinədən keçəcək.

Məlumata görə, o, Çeşmədə yerləşən hotellərin birində yerləşib. Hotelin binasının yanında təcili tibbi yardım maşını növbə çəkir. 

Prezident İstanbulda Atatürk aeroportunda özünü pis hiss edib.

Daha öncə Qırğızıstan prezidentinin Türkiyədəki xəstəxanaya yatırıldığına dair məlumat yayılmışdı. 

Sentyabrın 19-da Atambayev Nyu-Yorka səfərini ürəyində yaranan problemlərə görə ləğv etmişdi. O, Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 71-ci sessiyasında iştirak etməli idi. 


ucarliyiq.biz