» » Ərdoğan: Qafqazdakı münaqişələr qaynar mərhələyə keçə bilər

Ərdoğan: Qafqazdakı münaqişələr qaynar mərhələyə keçə bilər

Ərdoğan: Qafqazdakı münaqişələr qaynar mərhələyə keçə bilər

Gələcək nəsillərin əmin-amanlığı, rifahı və təhlükəsizliyi bizim atacağımız addımlardan, görəcəyimiz işlərdən asılıdır.

Ucarliyiq.biz-ın Anadolu agentliyinə istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan BMT Baş Assambleyasının 71-ci sessiyasında çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, bu gün Suriya və İraq da daxil olmaqla, münaqişə zonalarında yüz minlərlə uşaq, qadın və yaşlı insan öldürülür. Ölüm və zorakılıqdan qaçanları isə Avropa şəhərlərində alçaldırlar və təhqir edirlər.

“İŞİD, Cəbhət ən-Nüsra və PKK terror təşkilatları regionda fəaliyyətlərini davam etdirirlər. Qafqazdakı münaqişələrin qaynar mərhələyə keçməsi riski var. Eyni zamanda bir çox ölkənin sakinləri aclıqdan, xəstəlikdən və yoxsulluqdan əziyyət çəkirlər. Bu mənzərə bəşəriyyət üçün utanvericidir”, - Ərdoğan bəyan edib.

[/b]
[b]ucarliyiq.biz