» » Avstraliyada inək helikopteri “vurdu”

Avstraliyada inək helikopteri “vurdu”

Avstraliyada inək helikopteri “vurdu”

Avstraliyanın Kvinslend ştatında inəklə toqquşan helikopter qəzaya uğrayıb. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Brisbane Times” məlumat yayıb. 

Alçaqdan uçan “Robinson R22” helikopterinin təkəri heyvanın buynuzuna ilişib. Nəticədə pilot idarəetməni itirib. 

Helikopter sərt şəkildə eniş edib və alışıb. Hadisə yerinə gələn yanğınsöndürənlər onu söndürüblər, amma helikopter sıradan çıxıb. 

Nəşrin məlumatına görə, pilot və helikopterin təkərinə buynuzu ilişən inək zərər çəkməyib.

İkinəfərlik yüngül helikopterlər Avstraliyada sürüyə nəzarət üçün istifadə edilir. Alçaqdan və asta uçaraq bir-birindən uzaq məsafədə otlayan heyvanları tövləyə yığmaq üçün istifadə edilir. İl boyu ölkədə onlarla “uçan çoban” qəzaya uğrayır.

ucarliyiq.biz