» » ABŞ erməniləri Obamaya qarşı çıxdılar

ABŞ erməniləri Obamaya qarşı çıxdılar

ABŞ erməniləri Obamaya qarşı çıxdılar

ABŞ erməniləri Ermənistanın Müstəqillik günü ilə bağlı Ağ Evin bəyanatını kəskin tənqid ediblər.

Ucarliyiq.biz Virtualaz.org-a istinadən xəbər verir ki, Amerika Erməni Milli Konqresinin icraçı direktoru Aram Ambaryan bəyanatda “erməni soyqırımı” barədə heç bir məlumat olmadığını vurğulayıb. 

O xatırladıb ki, Barak Obama 2008-ci ildə seçicilərin səslərini toplamaq üçün bu amildən istifadə etmişdi.

Ambaryanın sözlərinə görə, bəyanatda Qarabağ məsələsinə də toxunulmur. 

“Sükut Bakıya təhlükəli siqnal yollayır”, - o deyib.

İcraçı direktor xüsusi olaraq qeyd edib ki, Obama administrasiyası “Biz o günlərin vədlərinə sadiq qalmaqda davam edirik” ifadəsini işlədib və bunu “erməni soyqırımı”nın tanınması baxımından prezidentin yerinə yetirilməmiş vədinə aid etmək daha düzgün olardı.

[/b]
[b]ucarliyiq.biz