» » Bayden Ukraynaya xəbərdarlıq etdi

Bayden Ukraynaya xəbərdarlıq etdi

Bayden Ukraynaya xəbərdarlıq etdi

ABŞ-ın vitse-prezidenti Cozef Bayden Ukraynanı siyasi və iqtisadi islahatları daha fəal şəkildə aparmağa çağırıb, əks təqdirdə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları ləğv edə biləcəyi barədə xəbərdarlıq edib.

Ucarliyiq.biz bu barədə “Reuters”ə istinadən xəbər verir. 

“Biz bilirik ki, əgər ukraynalılar Aİ-yə fürsət verərsə, bu qurumun ən azı beş ölkəsi Moskvaya qarşı tətbiq edilən sanksiyalardan “çıxmaq” istədiklərini bəyan edərlər”, - Bayden Nyu-Yorkda Beynəlxalq Münasibətlər Şurasının gedişatında çıxışı zamanı bəyan edib. 

Vitse-prezidentin sözlərinə görə, 2014-cü ildən o, hər həftə Ukrayna rəhbərliyini islahatları daha qərarlı şəkildə aparmağa çağırmış, eləcə də Rusiyaya qarşı sanksiyaların saxlanılması məqsədi ilə Almaniya, Fransa və İtaliya ilə danışıqlara iki-üç saat vaxt sərf edib.

Bayden Aİ-nin Ukrayna üçün mübarizə aparmaq istəmədiyini etiraf edib.  

“Avropada “Ukraynada prezident dəyişənə qədər Rusiyaya məxsus idi. Orada yalnız kuklalar var idi. Nə fərqi var axı, niyə bizi bu sanksiyalarda iştirak etməyə məcbur edirsən” kimi söhbətlər gedirdi”, - ABŞ vitse-prezidenti bildirib. 


ucarliyiq.biz