» » Təlimçi Zapaşnı vəfat etdi

Təlimçi Zapaşnı vəfat etdi

Təlimçi Zapaşnı vəfat etdi

Rusiyanın Xalq artisti, təlimçi Mstislav Zapaşnı vəfat edib. 

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, M.Zapaşnının 78 yaşı var idi. 

“Elə indicə əmimin - məşhur sirk artisti, təlimçi Mstislav Zapaşnının öldüyünü mənə bildirdilər. Bu, Soçidə baş verib”, - Zapaşnının qardaşı oğlu, Moskva Sirkinin baş direktoru Edqard Zapaşnı bildirib. 

Mstislav Zapaşnı 1938-ci ilin may ayının 16-da Leninqrad şəhərində anadan olub. O, vəhşi heyvanların təlimçisi kimi və quruluşçu-rejissor kimi məşhur idi. Dəfələrlə sirk sənəti sahəsində yüksək mükafatlar alıb. 2003-2009-cu illərdə Zapaşnı Rusiya Dövlət Sirkinin baş direktoru vəzifəsində çalışıb. 


ucarliyiq.biz