» » RTD “baça-boş” qızlar haqqında film çəkdi – VİDEO

RTD “baça-boş” qızlar haqqında film çəkdi – VİDEO

RTD “baça-boş” qızlar haqqında film çəkdi – VİDEO

Əfqanıstanda qədim ənənə var. Ailədə oğlan övladı olmadıqda, qızlardan birini oğlan kimi geyindirirlər və o, oğlan rolunu oynamalıdır. Onları “baça-boş” adlandırırlar, tərcümədə “oğlan kimi geyinmiş” mənasını verir. 

Ucarliyiq.biz xəbər verir ki, RTD-nin “Kabul güzgüləri” filmi əfqan ailələrində belə qızların taleyindən danışır.  

Filmin qəhrəmanlarından birinin adı Amenadır, o, Kabulda yaşayır. Onun altı bacısı var. Amenanın atası Məhəmməd qızlarından birini oğlan kimi geyindirməli olub, indi o, küçədə alver edə bilər.

Əfqan qadınlarının hüquqları məhduddur. Onlar vəziyyəti dəyişmək üçün bəzi qızlar kişi paltarı geyinir və özlərini güclü cinsin nümayəndələri kimi aparırlar. Onları “baça-boş” adlandırırlar.  

Oğlan paltarı kamiz-şalvarı geyinmiş Amena hər gün alver etmək üçün şəhərə çıxır, amma o, özünü narahat hiss edir. Hamı onu məzəmmət edir, o, buna nifrət edir. Ətrafdakılardan qız olduğunu gizlətmək çətindir. 

“Qız olmağıma baxmayaraq, oğlan kimi davranmalıyam. Ailəm üçün yaxşı nə isə etmək istəyirəm, ona görə də “baça-boş” oldum”, - o, RTD-yə danışıb. 

Amena 11 yaşına qədər oğlan rolu oynamalıdır, çünki 11 yaşdan sonra hansı cinsə mənsub olduğunu gizlədə bilməyəcək. Onun yerini daha sonra kiçik bacısı tutacaq.