» » İtaliya Olimpiya Komitəsinin rəhbəri Oyunlar üçün mübarizə aparmağı düşünür

İtaliya Olimpiya Komitəsinin rəhbəri Oyunlar üçün mübarizə aparmağı düşünür

İtaliya Olimpiya Komitəsinin rəhbəri Oyunlar üçün mübarizə aparmağı düşünür

İtaliya Olimpiya Komitəsinin rəhbəri Covanni Malaqo Roma merinin 2024-cü il Yay Olimpiya Oyunlarının keçirilməsi hüququ üçün namizədliyini geri götürmək qərarını kəskin tənqid edib. Malaqo Romanın Oyunları qəbul edə biləcəyinə təkid edir. 

Ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, Malaqo Romanın Olimpiadanı qəbuletmə hüququ üçün mübarizə aparacaq, merin qərarını isə demaqoqiya və populizm jesti adlandırıb. 

Romanın meri Virciniya Raci daha öncə Romada Oyunların keçirilməsini məsuliyyətsizlik adlandırıb. Onun fikrincə, Oyunlar Romaya yalnız maliyyə borcları gətirəcək. 

“Təəssüf edirəm, bunu etmək və yaxşı etmək imkanı var. Mən hələlik rəsmi “xeyr” eşitməmişəm”, - Malaqo deyib. 

Cümə axşamı Malaqo ölkənin baş naziri Matteo Rentsi ilə görüşəcək və Romanın “namizədliyini” xilas etməyə çalışacaq. İtaliya KİV-i baş nazirin, çətin ki, bu məsələyə müdaxilə edəcəyini düşünür. 

ucarliyiq.biz