» » Türkiyə İŞİD-in Suriyadakı mövqelərini atəşə tutdu

Türkiyə İŞİD-in Suriyadakı mövqelərini atəşə tutdu

Türkiyə İŞİD-in Suriyadakı mövqelərini atəşə tutdu

Türkiyə artilleriyası “İslam dövləti” terror qruplaşmasının Türkiyənin cənubi-şərqində yerləşən Kilis şəhərinin atəşə tutulduğu mövqelərini cavab atəşinə tutub. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə cümə axşamı Türkiyənin Baş Qərargahı məlumat verib. 

“Bu gün saat 14:40-da (Bakı vaxtl ilə saat 15:40-da) Kilis şəhərinə Suriyanın İŞİD-in nəzarət etdiyi ərazisindən raket buraxılıb. Atəşin açıldığı ərazi radarlar vasitəsilə müəyyən edilib, daha sonra Türkiyə SQ “Fırtına” haubitsalarından və yaylım atəş sistemlərindən atəş açıblar”, -  nazirliyin RİA Novosti-yə verdiyi bəyanatında deyilir. 

Daha öncə Kilis hakimiyyəti bildirmişdi ki, Suriya ərazisindən buraxılan mərmi yerli bazara düşüb, hadisə zamanı beş uşaq daxil olmaqla, altı Suriya qaçqını yaralanıb. 


ucarliyiq.biz